Almaniyada avtobus qatarla toqquşdu: Çox sayda yaralı var - FOTO

23:41 - 24 May 2022 - HADİSƏ

Almaniyanın cənubundakı Ulm şəhəri yaxınlığındakı Blaustein qəsəbəsində qatar və avtobus toqquşub. Toqquşmadan sonra relsdən çıxan qatarın sürücüsü və çox sayda sərnişin xəsarət alıb.

Eyni zamanda, zərbənin təsirindən avtobus sürücüsü avtomobildən kənara düşərək ağır yaralanıb.

Qəzadan sonra alovlanan avtobus tamamilə yanıb.

 

Xəbər xətti