Ermənistanda etirazçılar XİN-nin binasına daxil oldular

13:58 - 24 May 2022 - DÜNYA

Ermənistanda etirazçılar Xarici İşlər Nazirliyinin binasına daxil oldular

Ucnoqta.az xəbər verir ki, müxalifət deputatları Xarici İşlər Nazirliyinin binasına daxil olublar.
“Birinci deməliyəm ki, orada yalnız bir neçə nəfər var idi. Həmişə insanlarla dolu olan bina boş idi və bu da sizin sayənizdədir. Biz iki nazir müavini gördük. Onlardan biri danışmağa çalışsa da, bacarmadı, qorxdu. Digəri danışdı. Hörmətli insanlar, biz Ermənistanda “Nikolsuz Ermənistan” deyəndə, heç də bu, böyük bir qrup insandır demirik, biz demirik ki, layiqli adamlar, əsl məmurlar yoxdur. Ermənistanı və Qarabağı güzəştə aparan bir nəfər var. Amma biz buna imkan verməyəcəyik!”, -  “Ermənistan” müxalifət blokundan olan deputat Aram Vardevanyan XİN binası qarşısına toplaşanlara müraciət edərkən deyib.

O, həmçinin qeyd edib ki, qırmızı beretli bəzi polislər növbəti dəfə etirazçılara qarşı müəyyən addımlar atmağa cəhd ediblər, lakin bu, həmvətənlərin sayəsində baş tutmayıb.

Xəbər xətti