Kamikadze dron rus tankını belə məhv etdi - Video

11:49 - 24 May 2022 - HADİSƏ

Ukrayna Silahlı Qüvvələrinin kamikadze dronlardan istifadə etməsinə dair görüntülər yayılıb.

Ucnoqta.az xəbər verir ki, videoda düşmənin canlı qüvvəsi ilə birlikdə tankının məhv edilməsi görüntülənir. 

“Mövqelərin birində olan ruslar tanklarının zirehi üzərində oturaraq sakitcə spirtli içki qəbul edirlər.  Lakin onların bu məşğuliyyəti qəfildən endirilən aviazərbə ilə dayandırılır. Güclü partlayıcı maddə ilə təchiz edilmiş müasir kamikadze pilotsuz uçan aparat birbaşa tanka çırpılıb”, - Xüsusi Əməliyyatlar Qüvvələrinin Komandanlığı bildirib.

Düşmənin məhv edilməsinin bütün prosesi kamikadze dronunda yerləşən kamera tərəfindən lentə alınıb.

Xəbər xətti