Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda Binəqədi rayonu ərazisində marşrut avtobuslarında 4 vətəndaşın çantasından və cibindən pul, içərisində sənəd və bank kartları olan cüzdanlarını oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Qurban Mehdiyev müəyyən edilərək saxlanılıb.
Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Araşdırma aparılır.