21 yaşlı qız itkin düşdü - Polis AXTARIR

16:18 - 23 May 2022 - HADİSƏ

Bakıda gənc qız itkin düşüb.

Paytaxtın Xəzər rayonu Buzovna qəsəbəsində yaşayan 21 yaşlı Sahibə Vüqar qızı Əliyeva evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Bu barədə onun yaxınları polisə məlumat veriblər.

Gənc qızın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.///lent.az

Xəbər xətti