“Şarl Mişelin bəyanatı bir tostdur” - Tofiq Zülfüqarov

15:17 - 23 May 2022 - SİYASƏT

"Şarl Mişelin bəyanatı hansısa məcburi sənəd deyil, bir tostdur..."

Ucnoqta.az xəbər verir ki, bunu keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan liderlərilə mayın 22-də keçirdiyi görüşdən sonra verdiyi açıqlamanı şərh edərkən deyib.

T. Zülfüqarovun sözlərinə görə, Şarl Mişelin bütün görüş iştirakçıları adından danışması o deməkdir ki, Paşinyan həmişəki kimi bağlı qapı arxasında hamını özünün “yaxşı adam” olduğuna və müxalifətin ona maneçilik törətdiyinə inandırıb. Ona möhlət və pul verməyi xahiş edib.

“Bizim prezidentimiz sülhə can atma səyini nümayiş etdirdi. Azərbaycana qarşı ərazi iddiaları mövzusunun Ermənistanın gündəmində qaldığı halda, onlara adekvat cavab veriləcəyini vurğuladı.

Hiyləgər fransızdilli Şarl öz bəyanatında “delimitasiya və demarkasiya” bəndini birinci sıraya qoyub. O, sovet dövrünün xəritələrinin əsas götürüləcəyinə ümid edir. Xeyr, yalnız 1918-ci ilin xəritələrinə istinad olunmalıdır...

Sülh gündəminə sadiqlik nümayişi və işğaldan azad edilmiş ərazilərin bərpasında Avropa İttifaqından kömək almaq ehtimalından başqa bizim üçün praktiki nəticə görmürəm”.(modern.az

Xəbər xətti