İmişlidə “Mercedes” aşdı - sürücü öldü

10:53 - 23 May 2022 - HADİSƏ

İmişlidə ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, dünən saat 19 radələrində Hacıqabul-Horadiz yolunun İmişlinin Xubyarlı kəndindən keçən hissəsində “Mercedes” markalı avtomobil aşıb.

Yolun sol kənarına çıxaraq dərəyə aşan avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü Elvin Əsədzadə ağır vəziyyətdə xəstəxanaya aparılarkən təcili tibbi yardım maşınında ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti