Salyanda motosiklet traktorla toqquşub, yaralanan var
08:06 - 23 May 2022 - HADİSƏ
Salyan rayonunda motosikletlə traktorun toqquşması nəticəsində bir nəfər xəsarət alıb.
“Report”un məlumatına görə, hadisə rayonun Dayıkənd kənd ərazisində qeydə alınıb. Belə ki, motosiklet qarşıda gedən traktora çırpılıb.
Qəza nəticəsində motosikletin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.