Ucarda maşın piyadanı vurub - vəziyyəti ağırdır

20:31 - 22 May 2022 - HADİSƏ

Ucarda baş verən qəzada piyada ağır xəsarət alıb.

Hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində baş verib.

"FORD" markalı maşın yolu keçmək istəyən piyada, hələlik şəxsiyyəti məlum olmayan 30-35 yaşlı kişini vurub. Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti