81 gün alınmaz qala olan “Azovstal” bunkerindən görüntülər - VİDEO

09:35 - 22 May 2022 - Xəbər

Üç aya yaxındır ki, alınmaz qalaya çevrilən Mariupoldakı “Azovstal” zavodunun bunkerindən ilk görüntülər yayılıb.

“İzvestiya”nın müxbiri zavodun zirzəmisinə enərək, gördüklərini lenta alıb.

Qeyd edək ki, mayın 20-də Rusiya Müdafiə Nazirliyi “Azovstal” zavodunun ərazisinin tam olaraq nəzarətə alındığını elan edib.

Belə ki, mayın 16-dan Rusiyanın xüsusi əməliyyatı zamanı zavodun ərazisində blokadaya alınmış 2439 nəfər “Azov” döyüşçüsü və Ukrayna Silahlı Qüvvələrinin hərbçisi təslim olub.


​///oxu.az

Xəbər xətti