Türkiyədə tələbələrin olduğu avtobus aşıb, ölənlər və yaralananlar var - FOTO

09:08 - 22 May 2022 - HADİSƏ

Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb. Ucnoqta.az xəbər verir ki, Konyanın Güney kəndi yaxınlığında avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb. Xəsarət alanlardan beş nəfərinin vəziyyəti ağır qiymətləndirilir. İHA-nın xəbərinə görə, yaralılar Niğde və Ulukışla xəstəxanalarına aparılıb.

Xəbər xətti