Damla Elza Seyidcahana 500 manat YARDIM ETDİ

18:15 - 21 May 2022 - MAQAZİN

Müğənni Damla küsülü olduğu Elza Seyidcahana 500 manat yardım etdi.

Bu barədə məlumat “Səni Axtarıram” verilişində açıqlanıb. 

Elza yardım göstərənlər arasında görmək istədiyi şəxslərin adlarını açıqlayıb:

“Mən burdan demək istəyirəm ki, elə müğənnilər var ki, üzərində haqqım var. Adlarını açıqlamaq istəyirəm.

Birinci deyim ki, Manaf çox xeyriyyəçi deyil, ondan da xeyriyyəçi insanlar var. Mən gözləyirdim Nazpəri Dostəliyevanı. Bir bəstəkar olaraq ona iki mahnı vermişəm. Amma pulunu heç vaxt almamışam. Bundan başqa, Rüstəm Şeron, Natiq Şirinov, Elnur Məmmədov, Nəzakət Teymurova, Könül Kərimova, Gülyanaq və Gülyaz bacıları, Mələkxanım Əyyubovanı gözləyirdim. Bəzi insanlar özlərini xeyirxah göstərsələr də, elə deyillər”. 

Xəbər xətti