Azərbaycan millisi qələbə qazandı

15:51 - 21 May 2022 - İDMAN

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Litva yığması ilə sonuncu yoldaşlıq oyununu keçirib.

"Report" xəbər verir ki, Su İdman Sarayının ərazisindəki meydançada baş tutan görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Yığmanın heyətində Ramil Əliyev və Amid Nəzirov fərqlənib. Qarşılıqlı razılıq əsasında əlavə iki hissə oynanılıb və burada da hesab dəyişməyib. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən Azərbaycan komandası 5:3 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi əvvəlki iki yoldaşlıq matçında da rəqibinə qalib gəlib.

Xəbər xətti