Küçə iti azyaşlı qızla qadının üzünü parçaladı

12:42 - 21 May 2022 - HADİSƏ

Tovuz rayonunda sahibsiz it sakinlərə hücum edib.

Son 3 gündə Tovuz Rayon Xəstəxanasının Acil şöbəsinə 20 nəfərdən çox şəxs it dişləməsi ilə müraciət edib. Onların əksəriyyətinə quduzluq əleyhinə vaksin vurularaq ambulator müalicə təyin edilib. Lakin küçə itləri Gülər adlı azyaşlı qızla Taqət adlı qadının üzünü parçaladığı və vəziyyətləri ağr qiymətləndirildiyi üçün onların Tovuzdan Bakıya göndərilməsinə qərar verilib. Hər iki şəxs paytaxtdakı ixtisaslaşmış xəstəxanaya yola salınıb.

Hazırda Gülər və Taqət adlı Tovuz sakinlərinin müalicəsi istiqamətində iş aparılır.

Tovuzun Xatınlı Kənd Xəstəxanasından “Qafqazinfo”ya bildirilib ki, təkcə bu xəstəxananın ərazisinə düşən Xatınlı, Qaraxanlı və Əlimərdanlı kəndlərində eyni it küçədə qarşısına çıxan 12 nəfəri dişləyib. İt həmin şəxslərin daha çox qol, boyun, kürək və sifət nahiyələrini dişləyərək xəsarətlər yetirib.

 

Xəbər xətti