Ramiz Mehdiyevin yaxın qohumu AMEA-dakı vəzifəsindən çıxarıldı

12:34 - 21 May 2022 - Cəmiyyət

AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin qohumu Akademiyadakı işindən çıxarılıb.

Bu barədə KONKRET.az-a etibarlı mənbələrdən məlumat daxil olub.

Məlumata görə, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşı Fikrət Əliyev AMEA-nın İşlər idarəsinin müdir müavini vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, AMEA-nın mətbuat xidməti məlumatı təkzib edib və Fikrət Əliyevin işdən çıxarılmadığını, məzuniyyətdə olduğunu açıqlayıb.

Lakin mənbələrimizin verdiyi məlumata görə, Fikrət Əliyev tutduğu vəzifədən azad edilib.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 

Xəbər xətti