Gədəbəy sakini Şəmkirdə bıçaqlanıb

01:12 - 21 May 2022 - HADİSƏ

Şəmkirdə bıçaqlanma hadisəsi olub. "Report"un məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Gədəbəy rayon sakini, 1981-ci il təvəllüdlü Qurban Abbasov mübahisə zəminində 3 bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir. Hadisəni törətməkdə isə onun dostu şübhəli bilinir. Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti