Gədəbəydə ər və arvad dəm qazından zəhərlənib - ər ölüb

22:05 - 20 May 2022 - HADİSƏ

Gədəbəy rayonunda dəm qazından zəhərlənmə hadisəsi olub. "Report"un məlumatına görə, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb. Kənd sakini, 1936-cı il təvəllüdlü Nəcəf İsmayılov və onun həyat yoldaşı, 1938-ci il təvəllüdlü Müşginaz Pirverdiyeva yaşadıqları evdə dəm qazından zəhərləniblər. Nəticədə N.İsmayılov dünyasını dəyişib. M.Pirverdiyeva isə reanimasiya şöbəsinə yerləşdirilib. Qeyd edək ki, onlara köməyə gedən qonşuluqda olan qohumları, 1974-cü il təvəllüdlü V.Məmmədova da zəhərlənib. Ona isə ambulator yardım göstərilib. Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti