Laçına gedən yol - ermənilər ya bununla barışacaqlar, ya da ... - VİDEO

21:35 - 20 May 2022 - ÖLKƏ İÇİ

Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında, Xankəndidə yaşayan David Simonyan "Kafkazskiy Uzel" saytında Azərbaycanın Laçın dəhlizinə alternativ olaraq tikdiyi yolla bağlı video paylaşıb.

Ucnoqta.az İTV-yə istinadən xəbər verir ki, videoda yolda aparılan intensiv tikinti işləri aydın görünür.

Videonun müəllifi yolun keçdiyi kənd sakinləri ilə də danışıb. David Simonyan tikinti keçən ərazidən də keçib. Aydın görünür ki, azərbaycanlı işçilər yoldan keçmək istəyənlər üçün şərait yaradıb.

Təbii ki, yolun tikintisi onlar üçün ürəkaçan deyil. Lakin çox yaxşı bildikləri bir şey var: Ya bununla barışacaqlar, ya da bununla barışacaqlar.


​///qafqazinfo

Xəbər xətti