İngiltərənin “Kristal Palas” klubunun baş məşqçisi Patrik Vieria rəqib komandanın azarkeşini döyüb.
Hadisə dünən komandanın “Everton”a qarşı keçirdiyi oyunda baş verib.
Belə ki, Liverpul təmsilçisi matçda “come-back”la qalib gəlib və nəticədə Premyer Liqada qalmağı təmin edib. Buna sevinən azarkeşlər meydançaya axışıb.
Bu zaman soyunub-geyinmə otağına yollanan Vieria azarkeşlərdən birinin sevinməsinə əsəbiləşərək onu döyüb. ///qafqazinfo