Məşhur milyarder 73 yaşlı həyat yoldaşından boşanır - FOTO

18:40 - 19 May 2022 - DÜNYA

68 yaşlı rusiyalı milyarder Alişer Usmanov və bədii gimnastika üzrə Rusiya yığmasının baş məşqçisi İrina Viner-Usmanova boşanmaq qərarına gəlib.

Bu barədə məlumatı “RİA Novosti” yayıb.

Məhkəmə iyunun 7-si tərəflərin boşanması məsələsini nəzərdən keçirəcək.

Bildirilir ki, bu məsələdə iddiaçı olaraq Alişer Usmanov çıxış edir.

Qeyd edək ki, İrina Viner-Usmanovanın 73 yaşı var. Cütlük təqribən yarım əsr birlikdə yaşayıb. Onlar bu dövrün 30 ilini qanuni nikahla evli olublar.///qafqazinfo


Xəbər xətti