“Instagram”dan daha bir YENİLİK

14:58 - 19 May 2022 - DİGƏR

Sosial medianın ən populyar tətbiqlərindən biri olan Instagram yeni funksiya üzərində işləyir.

Daha əvvəl hekayələrin bəyənilməsinə imkan verən funksiyanı yayımlayan platforma indi də hekayələrin göstərilmə üsulunu dəyişmək istəyir.
Bu funksiya istifadəyə verildikdə, istifadəçilər istənilən hesabdan edilən hekayə postlarından yalnız 3-nü görə biləcəklər.

Test mərhələsində olan yeni funksiya ilə bir istifadəçi 24 saat ərzində nə qədər hekayə yükləsə də, digər istifadəçilərdən yalnız 3-ü görünəcək.

Qalan hekayələr "hamısına bax" düyməsinə toxunduqdan sonra görünəcək.

Xəbər xətti