Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Ucnoqta.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 49,2 mln. ABŞ dolları olub və tam təmin edilib.
Qeyd edək ki, 17 may 2022-ci il tarixində keçirilən hərracla müqayisədə tələb 27,8% artıb.