Bakıda 30 min manatlıq oğurluq edən keçmiş məhkum saxlanılıb

12:14 - 19 May 2022 - HADİSƏ

Bakıda 30 min manatlıq avtomobil ehtiyat hissələri oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə mayın 13-dən 15-dək olan müddətdə rayon ərazisindəki anbarların birindən 30 min manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Nizaməddin Ağayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti