Piyadanı vurub qaçan sürücü saxlanıldı

10:19 - 19 May 2022 - HADİSƏ

Bakıda avtomobillə piyadanı vuraraq qaçan sürücü tutulub.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə mayın 17-i saat 23 radələrində Salyan şossesində yolu keçən Hacıqabul rayon sakini F.Cavadovun avtomobillə vurulması barədə məlumat daxil olub.

Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Ford” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsini idarə edən Kəlbəcər rayon sakini Məzahir Məmmədov saxlanılıb.

Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti