ABŞ səfirliyi Kiyevdə fəaliyyətini bərpa etdi

09:07 - 19 May 2022 - DÜNYA

ABŞ səfirliyi Kiyevdə işini bərpa edib.

Axar.az xəbər verir ki, səfirliyin üzərində ABŞ bayrağı yenidən qaldırılıb.

Diplomatik missiyanın sözçüsü Daniel Langenkamp deyib ki, əvvəlcə az sayda diplomat Kiyevə qayıdacaq.

Onun sözlərinə görə, konsulluq əməliyyatları dərhal bərpa oluna bilməz və Dövlət Departamentinin Ukraynaya səyahətə qadağa qoyulması ilə bağlı tövsiyəsi qüvvədə qalır.

Qeyd edək ki, 30-dan çox xarici dövlətin səfirliyi artıq Kiyevdə işini bərpa edib.

Xəbər xətti