Səbail polisi itkin düşən şəxsi axtarır.
Ucnoqta.az xəbər verir ki, 41 yaşlı Əsgərov Anar Marif oğlu 2021-ci ilin sentyabrında itkin düşüb.
A.Əsgərovun əlamətləri belədir: Boyu 170 sm, orta bədən quruluşludur. Gözləri qəhvəyi, saşları qara rəngdədir.
Onu görənlərdən DİN-in 102 zəng mərkəzinə və ya Səbail RİP-ə məlumat vermələri xahiş olunur.