Metroda daha bir NASAZLIQ: Qatar xətdən çıxarıldı

23:17 - 18 May 2022 - HADİSƏ

"Dərnəgül-Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatarda "Koroğlu" stansiyasında nasazlıq yaranıb. Köməkçi qatar təyin edilib.

Bunu Ucnoqta.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Metropolitenin texniki-normativ tələblərinə uyğun olaraq, qatardan sərnişinlər düşürülüb. Qatar hazırda xətdən çıxarılır.

Nəticə etibarı ilə xətlərdə intervaldan əlavə 8 dəqiqəlik yubanma var.

Qeyd edək ki, bu gün "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarda da nasazlıq olub. Qatar "Gənclik" stansiyasında ikən sərnişin salonunda tüstü effektli spesifik qoxu hiss edilib və sərnişinlər düşürülüb.

Xəbər xətti