Ruslar Türkiyədə kütləvi şəkildə daşınmaz əmlak alırlar

10:40 - 18 May 2022 - DÜNYA

Türkiyədə ilk dəfə olaraq xarici daşınmaz əmlak alıcılarının reytinqinə ruslar başçılıq edir.

 Türkiyə Yerli Statistika İnstitutunun paylaşdığı məlumata görə aprel ayyında Rusiyadan gələn vətəndaşların sayı ötən aylara nisbətən çoxluq təşkil edib. Bununla yanaşı ruslar Türkiyədə 1152 yaşayış obyekti alıblar.

Rusiya vətəndaşlarınını mənzil almaq üçün ən populyar şəhəri İstanbul, Antalya və Ankara olub.  Bununla da Türkiyədə daşınmaz əmlakın minimum dəyəri əvvəlki 250 min dollardan 400 min dollara qaldırılıb.

Bildirək ki, rusiyalı milyaderlər Dubayda (Birləşmiş Ərəb Əmirlikləri, BƏƏ) aktiv şəkildə daşınmaz əmlak alırlar. Bundan əlavə, zənginlər öz ölkələrində, xüsusən də Moskva vilayətində ikinci dərəcəli mənzillərə və şəhərətrafı obyektlərə sərmayə qoyurlar.

Qeyd edək ki , yeni anti-Rusiya sanksiyaları fonunda Dubayda ev almaq istəyən rusiyalı milyarderlərin sayı son zamanlar kütləvi şəkildə artıb. ///unikal

Xəbər xətti