Bərdədə “Land Cruiser” aşdı - sürücü həlak oldu - FOTO

21:33 - 17 May 2022 - HADİSƏ

Bərdədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Qarayusifli kəndindən keçən hissəsində qeydə alınıb.

09-AA-055 dövlət qeydiyyat nişanlı “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü Cəlil Hacıyev idarə etməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

 


Xəbər xətti