Tovuzda avtomobil kanala aşıb, xəsarət alanlar var - FOTO

17:00 - 17 May 2022 - HADİSƏ

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb. Hərəkətdə olan "Khazar" markalı minik maşınının idarəetmədən çıxması nəticəsində avtomobil yoldan çıxaraq su kanalına düşüb. Qəzada 4 nəfərin xəsarət aldığı bildirilir.

İlkin məlumata görə, qəzaya minik maşınının qarşısına it çıxması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.///apa


Xəbər xətti