Mariupolda “Azovstal” zavodundan təxliyə edilən ukraynalı xəsarət almış hərbçilər rusiyalı əsirlərlə dəyişdiriləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini, reinteqrasiya naziri İrina Vereşçuk teleqram səhifəsində yazıb.
Onun sözlərinə görə, ötən gün zavoddan ağır yaralanmış 52 ukraynalı hərbçi təxliyə edilib. Baş anzirin müavini deyib ki, onların vəziyyəti stabilləşdikdən sonra rusiyalı əsirlərlə mübadilə ediləcəklər.
Vereşçuk humanitar əməliyyatın növbəti mərhələləri üzərində çalışdıqlarını bildirib.