Bakıda 11-ci sinif şagirdi bıçaqlanıb

15:34 - 17 May 2022 - HADİSƏ

Bakıda 11-ci sinif şagirdi bıçaqlanıb.

Bıçaqlanan məktəbli Nizami rayonu 214 nömrəli məktəbin 11-ci sinif şagirdidir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya faktı təsdiqləyib.

E. Hacıyev bildirib ki, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı müvafiq polis bölməsində araşdırma aparılır.

Xəbər xətti