İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına (IƏT PA) sədrlik Azərbaycana keçib.
Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova deyib.
O bildirib ki, İƏT PA-nın Üçüncü Ümumi Konfransından sonra təşkilata sədrlik Azərbaycana keçib.
“Azərbaycan sədrliyi dövründə İƏT PA-nın fəaliyyətinin gücləndirilməsi istiqamətində müvafiq səylər göstərəcək. Azərbaycan bu təşkilata üzv ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında maraqlıdır”, - Sahibə Qafarova vurğulayıb.