İsveç NATO-ya üzvlük üçün ərizə yazdı

12:15 - 17 May 2022 - DÜNYA

İsveçin xarici işlər naziri Ann Linde ölkəsinin NATO-ya üzvlük ərizəsini imzalayıb.

Ucnoqta.az xəbər verir ki, Xarici İşlər Nazirliyində NATO-ya üzvlük ərizəsini canlı olaraq imzalayan Linde, İsveç üçün ən yaxşısını etdiyini söyləyib.

Linde həmçinin müraciət sənədinin qısa müddətdə Finlandiya ilə birlikdə NATO-ya çatdırılacağını qeyd edib.
Bildirək ki, İsveçin baş naziri Maqdalena Andersson dünən parlamentdəki danışıqlardan sonra İsveç hökumətinin NATO-ya müraciət etmək qərarına gəldiyini açıqlayıb.

Xəbər xətti