Şəmkirdə qəzada xəsarət alanların adları

09:04 - 17 May 2022 - HADİSƏ

Şəmkir şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Avtomobilin toqquşması nəticəsində, 1996-cı il təvəllüdlü N.Rüstəmli, 1993-cü il təvəllüdlü E.Bağırov və 1994-cü il təvəllüdlü X.Qasımova müxtəlif xəsarətlər alıblar. Yaralılar xəstəxanaya aparılıb. Onlardan N.Rüstəmlinin vəziyyəti ağırdır. Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti