Ukraynada Rusiyanın 27700 hərbçisi məhv edilib - Baş Qərargah

12:25 - 16 May 2022 - DÜNYA

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Ucnoqta.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 27 700 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 228 ədəd tankı, 2 974 ədəd zirehli döyüş maşını, 577 ədəd artilleriya sistemi, 195 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 89 hava hücumundan müdafiə sistemi, 200 ədəd hərbi təyyarəsi, 165 ədəd helikopteri, 97 qanadlı raket, 2 101 ədəd nəqliyyat vasitəsi, 13 ədəd gəmi/kateri, 427 ədəd dronu və 42 ədəd xüsusi texnikası məhv edilib.


Xəbər xətti