Kafedə dava - bir nəfər bıçaqlanıb

08:44 - 16 May 2022 - HADİSƏ

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Hadisə Xocaəsən qəsəbəsində baş verib.
Belə ki, 1994-cü l təvəllüdlü Abbasov Şahmar Vəli oğlu kafedə dava zamanı tanışı tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır.///apa

Xəbər xətti