Finlandiya NATO ilə bağlı qərarını rəsmən elan etdi

15:50 - 15 May 2022 - DÜNYA

Finlandiya Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulmaq üçün müraciət edəcək.

Ucnoqta.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Sauli Niinistö bildirib.
"Bu gün Prezident və Xarici və Təhlükəsizlik Siyasəti Komitəsi Finlandiyanın NATO-ya üzv olmaq üçün müraciət edəcəyi barədə qərar qəbul edib"-deyə, o bildirib.

Onun sözlərinə görə, Finlandiya parlamentlə məsləhətləşmələrdən sonra üzvlük üçün müraciət edəcək.

Xəbər xətti