Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Rusiya Federasiyası ilə sərhəd yaxınlığında yerləşən daha bir yaşayış məntəqəsini azad edib.
Ucnoqta.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə hərbi müxbir Andrey Saplienko şəxsi teleqram kanalında bildirib.
"Xarkovun şimalında daha bir kənd azad edildi və biz bura hərbçilərimizlə birlikdə gələn ilk jurnalistlər olduq. Hələ ad çəkmirik. Amma dövlət sərhədinə cəmi yüzlərlə metr var", - Saplienko qeyd edib.