Qarabağda itkin düşən Rusiya vətəndaşının cəsədi tapıldı - FOTO

19:20 - 14 May 2022 - HADİSƏ

Qarabağda itkin düşən Xankəndidə yaşayan Rusiya vətəndaşı Olqa Sannikovanın cəsədi tapılıb.

Məlumata görə, cəsəd keçirilən axtarış tədbirləri nəticəsində bu gün saat 12:30 radələrində Qarqar çayından tapılıb.

Qeyd edək ki, Rusiya vətəndaşı Olqa Sannikovanın mayın 9-da Qarqar çayının sahilində itkin düşməsi ilə bağlı xəbər yayılmışdı.///oxu.az


Xəbər xətti