Qazaxda yol qəzası olub, xəsarət alanlar var

15:07 - 14 May 2022 - HADİSƏ

Qazax rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Çaylı kənd yolunda qeydə alınıb.

Belə ki, minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 3 nəfər ağır xəsarətlər alıb. Onlardan biri Qazax rayon sakini, 2001-ci il təvəllüdlü Bahar Şakir qızı Əfəndiyevdir. Yarılılar hadisə yerinə çağırılmış təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar, vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti