Azərbaycan nefti bahalaşıb
09:19 - 14 May 2022 - İQTİSADİYYAT
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,27 ABŞ dolları, yaxud 2,87 % artaraq 117,25 ABŞ dolları təşkil edib.
Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.
Dünən “Brent” markalı neftin bir bareli 106,13 ABŞ dolları olub.