Bakıda ölmüş dölü bağ evinə atan qadın saxlanılıb

12:16 - 13 May 2022 - HADİSƏ

Bakıda ölmüş dölü bağ evinə atan qadın saxlanılıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində dölü A.Hüseynova məxsus həyətə atmaqda şübhəli bilinən 1983-cü il təvəllüdlü N.Həsənova müəyyən edilib. Axtarış tədbirləri nəticəsində o, saxlanılıb.

Hazırda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, N.Həsənova paytaxtın Buzovna qəsəbəsində ölmüş dölü bağ evlərindən birinin həyətinə ataraq qaçıb.

Xəbər xətti