Rus qoşunları bölgədə qüvvələrin cəmləşməsinə baxmayaraq, heç bir ciddi uğur qazana bilməyib.
Rusiya İzyum və Severodonetsk bölgələrində əhəmiyyətli uğur qazanmaq üçün səylər göstərir, Slavyansk və Kramatorsk istiqamətində cəbhəni yarmağa çalışır. Bu barədə Britaniya kəşfiyyatının gündəlik hesabatında deyilir. Həmçinin bildirilir ki, Ukrayna qüvvələri Rusiya hərbçilərinin Donbasda çayı keçmək cəhdlərinin qarşısını uğurla alıb. Rusiya Severodonetskin qərbindəki Severski Donetsini keçmək cəhdini zamanı ən azı bir batalyon taktiki qrupunun zirehli texnikasının əhəmiyyətli hissəsini itirib.
“Döyüş əməliyyatları zamanı çayı keçmək çox riskli manevrdir və bu, Ukraynanın şərqində irəliləyiş əldə etmək üçün rus komandirlərinə göstərilən təzyiqdən xəbər verir”, - deyə bəyanatda bildirilir.
Qeyd olunur ki, bölmələr Kiyev və Çerniqov vilayətlərindən çıxarılaraq bu ərazidə yerləşdirildikdən sonra rus qoşunları heç bir mühüm uğur əldə edə bilməyib.