Ən azı 646 ukraynalı uşaq rus işğalçılarının əməllərindən zərər çəkib, onlardan 226-sı ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluq ofisindən məlumat yayıb.
"Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 646-dan çox uşaq zərər çəkib. Mayın 13-də səhər saatlarına olan məlumata görə, qurbanların sayı dəyişməyib - 226. Yaralıların sayı artıb - 420. Bu rəqəmlər yekun deyil, çünki müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə, aktiv hərbi əməliyyatlar aparan yerlərdə dəqiqləşdirmə işləri davam edir.
Uşaqlar arasında ən çox qurbanlar: Donetsk vilayəti - 139; Kiyev - 116; Xarkov - 99;
Çerniqov - 68; Xerson - 48; Luqansk-45; Nikolaevskaya - 44; Zaporojye-28; Sumi - 17; Kiyevdə - 16; Jitomir - 15.