Yaponiyadan Rusiyaya qadağa

07:42 - 13 May 2022 - DÜNYA

Yaponiya mayın 20-dən Rusiyaya yüksək texnologiyalı məhsul satışını qadağan edib.

Müvafiq qərar Yaponiya hökumətinin saytında dərc olunub. Qərara görə, Rusiyaya kvant kompüterləri, 3D printerlər, elektron mikroskop və sair avadanlıqlar satmaq qadağan olunur.Qadağa Ukraynadakı vəziyyətlə izah edilir.

Xəbər xətti