Özbəkistanda güclü zəlzələ olub

16:40 - 12 May 2022 - DÜNYA

Özbəkistanın cənubunda 6 bal gücündə zəlzələ olub.

Ucnoqta.az RİA Novosti-yə istinadən xəbər verir ki, yeraltı təkanların episentri paytaxt Daşkənddən 411 kilometr cənub-qərbdə yerləşən Surxandarin vilayətində qeyd alınıb.

Zəlzələ zamanı insan itkisi və dağıntılar barədə informasiya daxil olmayıb.

Xəbər xətti