Gəncə sakini evini və arvadını yandırdı

14:00 - 12 May 2022 - HADİSƏ

Gəncə şəhər sakini evini yandırıb.

Hadisə şəhərin general Məhəmməd Əsədov küçəsində qeydə alınıb. Orada yaşayan kişi ailə münaqişəsi zəminində evinə od vurub. O, həyat yoldaşının da üzərinə benzin töküb. Nəticədə qadının qolu yanıb. Yanğınsöndürənlər və təcili yardım briqadası hadisə yerinə cəlb ediliblər. Qadın xəstəxanaya aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov APA-nın yerli bürosuna məlumatı təsdiqləyib.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti