Hacıqabulda sükan arxasında ölən sürücünün adı məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, mayın 12-i saat 2:20-də yolun kənarında dayanan “Mercedes Axor” markalı yük avtomobilinin sürücüsü sükan arxasında qəflətən dünyasını dəyişib.
Araşdırmalarla onun 65 yaşlı Əhmədov Nadir Vəliəhəd oğlu olması müəyyənləşib.
Məlum olub ki, N. Əhmədov sükan arxasında kəskin ürək çatışmazlığından vəfat edib.