DSX-nin giziri intihar etdi

11:57 - 11 May 2022 - HADİSƏ

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətinin Ağstafa rayonu ərazisində yerləşən şöbəsinin həqiqi hərbi xidmət hərbi qulluqçusu gizir Əlizadə Tərlan Rafiq oğlu yaşadığı xidməti mənzildə intihar edib.

Bu barədə Ucnoqta.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

Xəbər xətti